“Rəsmi rəqəmlər reallığı əks etdirmir” Azərbaycanda inflyasiya azalıb? – İqtisadçıdan ŞƏRH

İqtisadiyyat 15:15 03.05.2023
Azərbaycanda inflyasiya azalıb. 
 
Ednews xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, mart ayında illik inflyasiya 13.6% təşkil edib. Bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.
 
Sosial-iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov isə Ednews-a açıqlamasında bildirib ki, rəsmi inflyasiya statistikası ilə real göstəricilər arasında ciddi fərq var. Onun sözlərinə görə, inflyasiyanın hazırki şərtlər daxilində bir neçə faiz aşağı düşməsi əslində baza effektindən qaynaqlanan məsələdir. O bildirib ki, cari ilin ilk üç ayında qiymətlərin bahalaşması inflyasiyanın davam etdiyini deməyə əsas verir:
 
“Ölkədə qiymət artımı məsələsi artıq xroniki hal alıb. Ardıcıl olaraq 20 aya yaxındır ki, davamlı olaraq, qiymət artımını əsk etdirən böyük rəqəmlər görürük. Mərkəzi Bankın hədəf səviyyəsinin üzərində olan qiymət artımları baş verir. Digər məsələ isə rəqəmlərin nə dərəcədə reallığı əks etdirməsidir. Təəssüf ki, Azərbaycanda əksər makroiqtisadi indiqatorlar obyektiv və subyektiv səbəblərdən reallığı tam əks etdirə bilmir. Obyektiv səbəblər dedikdə, burada qeyri-şəffaf iqtisadi mühit və s. bu kimi məqamlara toxunuruq. Bu, ölçmələri çətinləşdirir. Subyektiv səbəblərsə ondan ibarətdir ki, rəqəmlərə müdaxilə edilir, rəqəmlərin siyasiləşdirilməsi baş verir. Azərbaycanda peşəkar səviyyədə alternativ inflyasiya qiymətləndirilməsi aparılmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin 2022-ci ilin 9-cu ayı üçün hesablamaları ilə Mərkəzi Bankın və ya digər rəsmi qurumların inflyasiya səviyyəsini göstərən məlumatlarındakı rəqəmlər arasında təxminən 10 faiz bəndi artım var idi. Rəsmi rəqəmlər təxminən 13-14 faizi göstərirdisə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamalarında bu, 23 faiz təşkil edirdi”. 
 
 
Ekspert illik inflyasiyanın hesablanmasında olan problemlərdən də danışıb. Bildirib ki, rəsmi qurumlardan əlavə ölkədə inflyasiya səviyyəsini ölçən müstəqil qurumlar da fəaliyyət göstərməlidir:
 
“Digər problem isə metodoloji problemdir. Biz qiymət artımları deyəndə özümüzün ən çox istifadə etdiyi məhsullara diqqət edirik – ərzaq məhsulları, yuyucu vasitələr, gündəlik tələbat malları. İnflyasiyanı rəsmi hesablayanda isə 560-dan çox mal və xidmətin qiymətini götürülür. Onların böyük əksəriyyəti də demək olar ki, heç vaxt istifadə etmədiyimiz mallardır. Beləliklə də, həmin az istifadə olunan və ya ümumiyyətlə istifadə olunmayan və qiymətləri zəif artan məhsulların siyahıda olması ümumi göstəricini aşağı salır. Bununla da rəqəmlər bir növ inflyasiyanın orta statistik azərbaycanlıya təsirini ölçməyi məhdudlaşdırır. 
 
Bu günə qədər apardığımız qiymətləndirmələr onu göstərir ki, real rəqəmlər rəsmi statistikadan xeyli yüksəkdir. İnflyasiyasının həddini ölçmək üçün resurs lazımdır. Bu proses davamlı olmalıdır. Bütün bölgələr üzrə qiymətləndirmələrin aparılmasına, bütün istehlak bazarları üzrə qiymətlərin müəyyən edilməsinə və dəyişikliklərin hesablanmasına ehtiyac var. Azərbaycanda təəssüf ki, heç bir institut bu istiqamətdə peşəkarca fəaliyyət göstərmir. Məsələn, Türkiyədə ENAG (Enflasyon Araştırma Grubu – İnflyasiya Araşdırma Mərkəzi) var. Həm hökumət rəqəmləri açıqlayır, həm də ENAG müstəqil olaraq hesablamalar aparır. Kim hansı mənbəyə etibar edirsə, öz siyasətini onun üzərində qurur”. 
 
R.Həsənov onu da əlavə edib ki, qeyri-legitim yollarla qiymətlərə müdaxilə antiinflyasiya sahəsində görülən tədbirlərin effektini aşağı salır. O qeyd edib ki, manatın məzənnəsini sabit saxlamaqla idxal inflyasiyası istiqamətində yarana biləcək təzyiqlər müəyyən qədər neytrallaşdırılsa da digər istiqamətlərdə müsbət dəyişikliklər nəzərə çarpmır:
 
“Azərbaycan yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, vergi və rüsum siyasətilə məhsulların maya dəyərinin aşağı salınması və s. istiqamətlərdə o qədər də uğurlu siyasətin aparıldığını deyə bilmərik. 2022-ci ilin fevral ayında Prezident tərəfindən hökumətə inflyasiya tədbirlərilə bağlı tapşırıq verildi. Nəticədə inflyasiyanın ən sərt şəkildə müşahidə edildiyi ötən il ərzində hökumət bu istiqamətdə heç bir addım atmadı. Yalnız ilin sonunda bir neçə vergi güzəştlərilə bağlı qərar qəbul edildi. Bunlar ciddi şəkildə orta və uzun müddətli dövrdə inflyasiyanı azaldan tədbirlər deyil. Yerli istehsalın artırılması və ixracdan asılılığın azaldılması uzun müddətli dövrdə effekt verəcək nəticədir. Azərbaycan müstəqilliyinin ilk dövrlərindən bunu qarşısına məqsəd qoysa da təəssüf ki, bu istiqamətdə real işlər görülməyib. İstehlak bazarında idxaldan asılılıq, əksinə, artıb. Qeyri-legitim yollarla qiymətlərə müdaxilə edilir”.
 
 
Törə Zeynal
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı