Bakıda İnkişaf etməkdə olan Sahibkarların 6-cı Beynəlxalq Konfransı “CODE International Baku 2023” işə başlayıb.
Ednews xəbər verir ki, Azərbaycan Texniki Universiteti və IMAQ tədqiqat qrupunun, İslamabad Universiteti Fondunun, Pakistanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə “6th CODE International Baku 2023” mövzusunda İnkişaf etməkdə olan Sahibkarların Beynəlxalq Konfransı öz işinə başlayır. Ednews-un məlumatına görə, “6-cı CODE International Baku 2023” region ölkələrində texnologiyaların, innovasiyaların və kommersiyalaşdırılmasının inkişafına yönəlmiş beynəlxalq konfransdır. Konfrans Azərbaycan, Türkiyə və Pakistandan olan ekspertlər, tədqiqatçılar və təşəbbüskarlar üçün aparıcı şəbəkə platformasıdır. Konfransı giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev hər kəsi salamlayıb və çıxışında Azərbaycanın innovasiya sahəsində əldə etdiyi uğurlarından danışıb. Konfransda Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti cənab Xurram Cavid Bhatti, Konya Teknokent Türkiyə şirkətinin prezidenti, professor Dr. Mehmet Hamurcu və başqaları çıxış ediblər.
Nurlana