Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür. O, həmçinin, Rusiyanın növbəti dəfə aldadıldığını və taxıl tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini vurğulayıb.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli Ednews-a açıqlama verib.
O bildirib ki, Rusiyanın “Taxıl sazişi”ndən çıxması müəyyən ölkələrin taxıl təminatına mənfi təsir göstərəcək.
“Həmçinin, qiymət bazarında da dəyişiklik hiss olunacaq. Taxılın qiymətinin artacağını müşahidə edə bilərik. Digər məsələ isə növbəti aylarda İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları artıracaq”.
İqtisadçı bu səbəblərə görə dünyada taxıl qiymətinin artmasının qaçılmaz olduğunu vurğulayıb:
“Ölkəmizə gəldik də isə qiymət bazarında güclü dəyişklik olmayacaq. Çünki Rusiya ilə sazişimiz var. Rusiyadan taxıl idxal edirik. Rusiyanın “Taxıl sazişi”ndən çıxması Azərbaycana mənfi təsir göstərməyəcək”.
Aysel Şahmar