2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Ednews xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin hazırladığı hesabatda yer alıb.
Mənbə qeyd edir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.