Turan İqtisadi Birliyinin yaranması yaxın gələcək üçün olduqca gözlənilən bir hadisədir. Bu birlik türk dövlətlərini bir-birinə sıx ticari və diplomatik əlaqələrlə bağlaya bilər. Böyük bir sahəni və eləcə də, önəmli coğrafi mövqeləri əhatə edən bu yeni konsepsiya dünyanın bir sıra dövlətləri üçün fərqli təsir bağışlaya bilər.
Bu halda üzv dövlətlərin Çin və Rusiya ilə əlaqələri hansı yöndə dəyişə bilər?
Sualı Ednews üçün cavablandıran türkiyəli iqtisadi ekspert Kerem Karabulut mövzuya ətraflı aydınlıq gətirib.
“Turan İqtisadi Birliyinin qurulması çox güclü iqtisadi tərəfdaşlıqların yaradılmasına gətirib çıxara bilər. Bu baxımdan birliyin iqtisadi strategiyası çoxtərəfli və uzun müddətli aspektdə düşünülmədir.
Təbii ki, bu vəziyyətdən daha çox türk dövlətləri yararlana bilər. Lakin, digər dünya dövlətləri də bu qurumun ticati fəaliyytlərindən faydalanmaq iqtidarındadır. Bu ölkələr əsasən, Rusiya, Çin, İran, Ermənistan, Gürcüstan və digər bağlantılı ölkələrdir. Bundan əlavə, İpək Yolunun üzərində vahid dəmir yolunun qurulması ilə həm Avropa, həm də uzaq şərqi Asiya ölkələri öz xarici ticarətlərində üstünlük qazana bilərlər. Bu mənim fikrimcə, olduqca sağlam bir ticarət bölgəsi olar”.
Bu iqtisadi qurum daha çox hansı dövlətlərə sərf etməz? Ekspert bildirib ki, bu təşkilat ən çox ABŞ və Fransanın işinə gəlməyəcək. Çünki, Turan İqtisadi Birliyi konsepsiyası Qafqazdan Mərkəzi Asiyaya qədər uzanır və bu iqtisadi birliyin qitənin iki supergücü olan Çin və Rusiya ilə yaxınlaşmasının yüksək ehtimalı vardır.
“Əlavə olaraq, bu halda Türkiyə və Azərbaycanın hərtərəfli münasibətləri daha da inkişaf edər ki, bu da bəzi qərb güclərinə sərf etməyə bilər.
Bu təşkilatın yaradılmasından bəhs edərkən mütləq Zəngəzur dəhlizinin açılmasını vurğulanmaq lazımdır. Bu dəhliz, üzv dövlətlərin asanlıqla ticari əlaqələr yaratmasına icazə verəcək dərəcədə əhəmiyyətlidir”.
Fərid Axundov