Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,5 milyard ABŞ dolları təşkil edib.
Ednews bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 7,4 % çoxdur.
“Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb", - AMB-dən bildirilib.