Səudiyyə Ərəbistanı və Rusiyanın neft ixracını məhdudlaşdırması nəhayət öz bəhrəsini verib.
Ednews Reuters-a istinadən xəbər verir ki, adıçəkilən iki ölkə bu ilin sonuna qədər həyata keçiriləcək neft ixracatı əməliyyatlarının həcminə limit qoyub.
Neftin dəyərini qorumaq üçün atılan bu addım öz bəhrəsini verib və xam neft 1.21% dəyər qazanaraq bir barrelinin qiyməti 81.58-dən 85.92 dollara qalxıb.
Əlavə olaraq, Səudiyyə Ərəbistanı özünün yeni “günə bir milyon barrel” siyasətini növbəti il üçün də davam edəcəyini açıqlayıb.
Fərid Axund