Dünya Bankı Azərbaycanda 2 dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb

İqtisadiyyat 22:01 22.12.2023

Dünya Bankı Azərbaycanda 2 dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb
 
Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də qadınların rolu ilə bağlı araşdırma apararaq, tövsiyələrini hazırlayıb.

Ednews xəbər verir ki, bu barədə Bankın Azərbaycan ofisinin proqram koordinatoru Leyla Tağıyeva deyib.

O bildirib ki, hər iki qurumun bu məsələyə münasibəti müsbətdir və qadınların iştirakını artırmaq üçün müəyyən işlər görülür: "Biz burada işçi qüvvəsinə, qadınlarla bağlı insan resurslarının siyasətinə, bir sıra prosedurlara və qadınların sayına baxdıq. Həmçinin işə qəbul və işdə saxlanma prosedurlarına, karyeranın inkişafı, liderlik mövzularına nəzər yetirdik. Bu istiqamətdə təhlillər apardıq”.

L. Tağıyeva qeyd edib ki, təhlillər bir neçə istiqamətdə aparılıb: “İlk olaraq rəsmi sənədlərə baxıldı, son 3 ilin təhlili aparıldı. Qadınların aldığı əməkhaqqı, onların çalışdığı sahələrdə roluna da diqqət yetirilməlidir. Ümumiyyətlə qadınların say baxımından vəziyyətinin yaxşı olduğu deyilən şirkətlərdə ilk əvvəl onların vəzifə və maaşına baxılmalıdır. Çünki həmin şirkətlərdə qadınlar təmizləyici və bu tip işlərdə çalışa bilər. Bu zaman sayın bərabər və ya çox olması o dərəcədə əhəmiyyət kəsb etmir. Bundan əlavə qadınlar üçün şirkətlər tərəfindən infrastruktur da uyğun olmalıdır”.

“Azərbaycan Dəmir Yolları” və Bakı Limanında qadınlar üçün xüsusi güzəştlərin tətbiq edildiyini bildirən Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb ki, burada analar, yeni övladı olmuş valideynlər üçün müəyyən güzəştlər var: "Bakı Limanında çalışan qadınların sayı son 3 ildə 20 % artıb. Hazırda Bakı Limanında 617 şəxs çalışır və 20 % artımdan qadınların sayı 51-ə çatıb. “Azərbaycan Dəmir Yolları”nın isə 15 000-ə yaxın əməkdaşı var ki, təbii olaraq qadınların sayı digərlərinə nisbətdə daha çoxdur. Hazırda hər iki şirkət rəhbər vəzifələrdə və texniki fəaliyyətlərdə qadınların sayının artırılması ilə bağlı hədəfləri müəyyən etmək üçün düşünür. Daha bir məsələ isə kommunikasiya strategiyasına diqqət yetirilməsidir. Həm şirkət daxilində, həm də kənarda dəmir yollarının obrazı kişilərlə əlaqəli olub. Amma indi fotolarda qadınların da olduğunu görürük ki, bu da müsbət hal kimi dəyərləndirilir”.

Şirkətlərin qadınlar barədə siyasətinə toxunan L. Tağıyeva deyib: “Qurumların gender bərabərliyi üzrə rəsmi siyasəti olmalıdır. Bu siyasət şirkətdə çalışanların məlumatlandırılması üçün çox vacibdir. Şirkətlərdə qadınların fəaliyyəti ilə bağlı hesabatlılıq olmalıdır. Hazırda bir çox şirkət könüllü olaraq bu barədə məlumatlar toplayır, lakin bununla bağlı heç bir hesabat vermirlər. Həmçinin cəmiyyətdə qadınların iş həyatı ilə bağlı təlimlərə çox ehtiyac var. Qadınların çalışması ilə bağlı stereotiplər var. Bu məsələdə yalnız şirkət rəhbərinin maarifləndirilməsi kifayət etmir, şirkətdə çalışan hər kəs bu istiqamətdə məlumatlandırılmalıdır. Məsələn maşinistdən niyə maşinist qadınların olmadığını soruşanda bu işin çox məsuliyyətli olduğunu deyir. Bizim cərrah qadınlarımızın olduğunu nəzərə alsaq artıq cəmiyyətdə qadınların məsuliyyət götürdüyünü görə bilərik”.

Onun fikrincə, ən önəmli məsələlərdən biri isə şirkətlərdə qadınların qısnamaya məruz qalmasıdır: "Azərbaycanda dövlət şirkətlərində bunlara rast gəlinməsə də, özəl şirkətlərin az qismində bu cür hallar olur. Bununla bağlı xüsusi mexanizm yaradılmalıdır. Hazırda heç bir şirkətdə belə bir mexanizm yoxdur. Bir qadın şirkətdə qısnamaya məruz qalarsa müraciət edə biləcəyi yer ya yoxdur, ya da HR-a (insan resursları bölməsinə). Ancaq insan resurslarına müraciət edilməsi də düzgün yanaşma deyil. Qadınlar üçün anonim müraciət edə biləcəyi, kömək alacağı və şirkətin dəstəyini görə biləcəyi yer, rəsmi bir siyasət olmalıdır”.

Dünya Bankının nümayəndəsi vurğulayıb ki, gələcəkdə ali təhsil müəssisələrində və peşə məktəblərində qadınların maarifləndirilməsi, karyerada inkişaf üçün yol göstərilməsi istiqamətində fəaliyyət göstərmək nəzərdə tutulub.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Hamısı