Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir.
Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub.
Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə, hansı nəticələrə gətirib çıxara bilər?
Ekspertlər dollara olan tələbin artmasını bir neçə amillə əlaqələndirir. Əsas amil kimi ölkənin dollardan asılılığı qeyd olunur. Yəni Azərbaycanda idxal məhsullarının həcmi ildən-ilə artır. Bu artım isə dollara olan tələbatı yüksəldir.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, yaxın zaman üçün manatın devalvasiyası gözlənilmir:
"Mərkəzi Bankın rezervləri yetəri qədərdir. Lakin yaxın gələcəkdə devalvasiya gözlənilir. Bunu da Qarabağ bölgəsində gedəcək işlərlə əlaqələndirmək olar. Belə ki, xarici şirkətlərlə müqavilələr, o bölgə üçün xaricdən alınan avadanlıqlar, ləvazimatların ölkədən kütləvi şəkildə valyuta çıxması deməkdir".
Oğuz