Rusiya ölkə banklarının xaricdəki aktivlərini qorumaq üçün Çin yuanından başqa alternativ görmür.
Ednews bu barədə Bloomberq-ə istinadən xəbər verir ki, Rusiyanın müharibəyə görə dondurulan aktivləri ölkənin Şərq valyutalarına üstünlük verməsi ilə nəticələnib. Beləki, Rusiya xarici ticarətini qoruyub saxlamaq üçün özünün ən böyük iqtisadi tərəfdaşı olan Çin valyutası ilə ticarət etmək məcburiyyətindədir.
Qeyd edək ki, bu vəziyyət Çinin maraqlarına uyğundur və hətta bir çox iqtisadi ekspertlər düşünür ki, Pekin bununla öz valyutanının dövriyyəsini artırmağa çalışır.
İki illik Ukrayna müharibəsindən sonra Rusiya özünün maddi vəsaitlərini təhlükəsiz halda saxlamaq üçün, güvəndiyi bir ölkə kimi müttəfiqi Çin yuanına arxalanmalıdır. Özünün xarici investisiyalarının dəyərdən düşməsini əngəlləmək üçün Moskva Çin banklarında vəsait almağa başlayıb.
Fərid