İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov ilə Azərbaycan–ADB əməkdaşlığının gündəmindəki məsələləri müzakirə edib.
Ednews xəbər verir ki, bununla bağlı nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M. Cabbarov qeyd edib ki, müzakirə edilən məsələlərə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində ADB-nin plan layihəsi, potensial sahələr üzrə tərəfdaşlıq istiqamətləri aid olub.