Yaxın Şərqdə baş verən qızğın hadisələr və İran prezidentinin ölümü energetika sahəsində hələ də əsas mövqeyi əlində saxlayan neft bazarında OPEC+ ölkələrini yenidən diqqət mərkəzinə gətirib.
Ednews The Economist-ə istnadən xəbər verir ki, Rusiya, Qətər və Səudiyə Ərəbistan başda olmaqla OPEC+ üzvləri neft qiymətlərini stabil saxlamaq üçün neftin istehsalına və ixracına məhdudiyyət qoymuşdu.
Lakin, ilk başlarda neft bazarında qiymətlər gözlənildiyi qədər də bahalaşmadı.
Hazırda neft qiymətlərində bahalaşma qeydə alınıb. Dünya enerji təlabatının 40%-ni ödəyən OPEC+ təşkilatının bu siyasəti nəhayət nəticə verib. Beləki, Brent markalı neftin bir barrelinin qiyməti 82 dollara çatıb. Məlumat üçün qeyd edək ki, bu yüksəliş yenə də gözləntiləri qarşılamır.
İndi isə, OPEC üzvlərinin bundan sonra hansı siyasəti yürüdəcəyi haqqında suallar yaranır. Əgər bu dövlətlər öz neft ehtiyatlarını əvvəlki qaydada ixrac etməyə razılıq verməsələr, dünya enerji böhranı yarana bilər.
Fərid