Azərbaycana idxal edilən mallara dair təhlükəsizlik tələblərinin olması barədə siyahı hazırlanır.
Ednews xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə deyib.
"Bununla bağlı Dövlət Gömrük Komitəsi ilə sıx əlaqədəyik. Bu malların siyahısı təsdiq ediləndən sonra idxal edilən malları ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq", - deyə qurumun rəsmisi bildirib.