Rusiya Ukraynanın Qara dəniz sahillərini ələ keçirərək "taxıl müharibəsini" qazanarsa, Uzaq Şərq, Cənubi Asiya, Afrika və Avropa kimi regionlara qədər uzanan ticarət yollarına ağalıq edəcək. Bu halda Qərb cavab kimi müharibəyə birbaşa müdaxilə edə bilər?
Məsələ ilə bağlı Ednews-a danışan Dunay Regionu və Mərkəzi Avropa İnstitutunun (IDM) idarəedici direktoru, siyasi ekspert Sebastian Şaeffer Qara dəniz sahilinin Rusiya ordusu tərəfindən ələ keçiriləcəyinə inanmadığını bildirib:
“Mən Rusiya Federasiyasının Ukraynanın Qara dəniz sahillərini ələ keçirə biləcəyini düşünmürəm.
Bununla belə, Rusiyada taxıl istehsalının artırılması, eləcə də Cənub ölkələri ilə müqavilələr Moskvaya hazırda iqtisadi üstünlük verir. Buna baxmayaraq, Ukrayna Qara dənizdə təkbaşına, müvafiq silah tədarükü ilə nəqliyyat marşrutlarınıəlində saxlamağı bacarıb. Kiyev burada özünü müdafiə edə biləcək.
Əgər Kreml həqiqətən də sahil boyu irəliləyə bilsə bu, Aİ və NATO üzvləri üçün çox ciddi fəsadlar yaradacaq. Mən bunu dəfələrlə demişəm, Ukrayna təkcə özünü müdafiə etmir, həm də bizim dəyərlərimizi və Avropanın azadlığını müdafiə edir.”
Fərid