Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə təşkil etdiyi valyuta hərraclarında 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib.
EDnews AMB-yə istinadən məlumat verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.
Təkcə bu ay ərzində valyuta satışının məbləği 738,7 milyon dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə artıqdır.