Kolleclərdə Müəllimlik İxtisası ləğv edilir

Təhsil 08:16 16.02.2025

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib. Ekspertlər də naziri dəstəkləyirlər, amma əlavə edirlər ki, bu proses tədricən getməlidir.

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər kolleci bitirən müəllimlərin və hazırda kolleclərdə təhsil alan tələbələrin taleyi məsələsinə də aydınlıq gətirilməsini istəyir. Nazir qeyd edib ki, ölkədə həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var, amma bəzi ixtisasların kolleclərdə olması vacib deyil. Kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün aktual idi:

 
“Vaxtilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var”. Nazirin sözlərinə görə, gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq.

“EDnews” xəbər verir ki, “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Təhsil mütəxəssisləri də kolleclərdə müəllim ixtisaslarının tədricən ləğvini təhsilin keyfiyyətinin artırılması istiqamətində lazımlı addım hesab edirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, hazırda kolleclərdə müəllim ixtisasının tədrisinə ehtiyac yoxdur: “Əvvəlki dövrdə buna ehtiyac vardı. Müəllimlərə olan ehtiyacın təmin edilməsi üçün kollecləri də bu prosesə qoşmuşdular. Hazırkı dövrdə isə buna ehtiyac yoxdur. Bu gün müəllim hazırlığı yalnız universitetlərdə olmalıdır”. Millət vəkili hesab edir ki, kolleclər müəllimləri yetişdirmək üçün o qədər də geniş potensiala və imkana malik deyillər: “Biz daha savadlı, bacarıqlı və kompetensiyalı müəllimlərin yetişdirilməsi üçün çalışmalıyıq. Kolleclər digər sahələrə öz töhfəsini verə bilərlər. Onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var”. C.Məmmədovun fikrincə, biz gələcəkdə də bu istiqamətdə addımlar atmalıyıq. Müasir müəllim yeni innovasiya, yeni metod, yeni üslub və baxışla prosesə öz töhfəsini verməlidir:

“Müəllimi bir-iki ilə yetişdirmək qeyri-mümkündür. Müəllim yetişdirmək işi uzun müddətli və uzun hədəfli olmalıdır”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərova məsələyə həm bir müəllim, həm də bölgələrdə təhsilin vəziyyətini yaxından müşahidə edən ekspert kimi yanaşır: “Hazırda məktəblər daha yüksək akademik hazırlığa və pedaqoji bacarıqlara malik müəllimlərə ehtiyac duyurlar. Təəssüf ki, bu tələblər kolleclərin təqdim etdiyi təhsil səviyyəsi ilə üst-üstə düşmür. Bunu müəllimlərin sertifikasiyasının nəticələri də sübut edir. İlk imtahanda uğursuz olan müəllimlərin böyük bir hissəsi kollec məzunları idi. Onların dördüncü və ya doqquzuncu sinifdən yuxarı dərs deməyə qanuni hüquqları yox idi və bu məhdudiyyəti bəhanə edərək özlərini illərlə təkmilləşdirmədilər. Bundan əlavə, hər il 60 000-dən çox namizəd müəllimlərin işə qəbul imtahanında iştirak edir, lakin onların yalnız az bir faizi işə qəbul olunur. Bu da sistemdə ciddi keyfiyyət problemi olduğunu göstərir. Bu tendensiya kolleclərdəki müəllim hazırlığının effektivliyinin aşağı olduğunu və universitet səviyyəsində daha keyfiyyətli hazırlığın vacibliyini göstərir”.

İŞ üzvünün fikrincə, dünya təcrübəsi də bu fikri təsdiqləyir:

“OECD-nin 2023-cü il hesabatına əsasən, Finlandiya, Sinqapur, Almaniya kimi ölkələrdə müəllim olmaq üçün ən azı bakalavr, hətta magistr təhsili tələb olunur. Kollec səviyyəsində müəllim hazırlığı isə yalnız köməkçi pedaqoji vəzifələr üçün nəzərdə tutulub. Dünya Bankının 2021-ci il təhsil hesabatına görə, aşağı akademik göstəricilərə malik müəllimlər tələbələrin zəif nəticələr göstərməsinə səbəb olurlar. Eyni zamanda, Türkiyə və digər ölkələrdə müəllim olmaq üçün imtahan tələbləri sərtləşdirilib və bu, təhsilin keyfiyyətinə müsbət təsir edib”. G.Əkbərova bildirir ki, kolleclərə qəbul balları universitetlərə nisbətən xeyli aşağıdır və təhsil müddəti də qısadır. Bu isə müəllimlərin akademik bilik və metodoloji hazırlıq baxımından kifayət qədər yetişməsinə imkan vermir: “Universitetlərdə dördillik bakalavr təhsili ərzində tələbələr həm akademik, həm də pedaqoji biliklər qazanır, praktik təlimlər keçirlər. Kollec məzunları isə daha qısa müddətdə və daha az akademik baza ilə məktəbə daxil olurlar ki, bu da onların peşəkar səviyyəsinə təsir edir. Bütün bu amillər onu göstərir ki, kolleclərdə müəllim ixtisaslarının tədricən bağlanması təhsilin keyfiyyətinin artırılması üçün qaçılmazdır. Lakin bu proses tədricən və alternativ yollarla aparılmalıdır ki, bölgələrdə müəllim çatışmazlığı yaranmasın. Keçid dövründə kollecdən məzun olan müəllimlər üçün əlavə inkişaf proqramları, sertifikatlaşdırma imkanları yaradılmalıdır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova deyir ki, dünyanın ən inkişaf etmiş təhsil sisteminə malik Finlandiyada məktəbəqədər təhsil səviyyəsi üzrə tərbiyəçilərin işə qəbulu zamanı minimum magistr dərəcəsi tələb olunur. O bildirir ki, kolleclər iki il müəllimlik təhsili verir, amma istər-istəməz ali məktəblərdə dörd illik təhsil müddətində daha dərin biliklərə yiyələnmək və daha yaxşı ixtisaslı kadr olma şansı var:

“Kolleclərdə müəllimlik peşələrinin ləğvi gündəm olub. Dünya təcrübəsinə əsaslanırıqsa, əksər ölkələrdə müəllim kimi işə başlamaq üçün minimum dörd illik bakalavr və hətta əlavə magistr təhsili tələb olunur”.

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Sabah çimərliklərdə hava necə olacaq?
19:00 27.06.2025
"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb
14:45 27.06.2025
Kilsə və Rusiya tərəfdarları Paşinyana qarşı: Ermənistandakı xaos böyüyür
14:29 27.06.2025
Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdü
14:14 27.06.2025
ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Hamısı