Rəqəmsal nəqliyyat bizə nə vəd edir?

İnfrastruktur 18:08 27.06.2025

145 illik tarixi olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərin üz tutduğu əsas nəqliyyat daşıyıcısıdır. Bundan əlavə, qurum istər daxili, istərsə də beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyət kəsb edir. ADY bu illər ərzində bir nöqtəyə fokuslanmaq yerinə, daim dəyişməyi, inkişaf etməyi prioritet götürüb.

Bunu ADY-nin həyata keçirdiyi işlərdən, islahatlardan aydın görmək mümkündür. Qurumun hava-su kimi önəm verdiyi istiqamətlərdən biri də rəqəmsallaşmadır. Bu transformasiya tək zəruri texniki ehtiyac deyil, eyni zamanda, iqtisadi səmərəlilik, şəffaf idarəetmə və beynəlxalq əlaqələrin yeni mərhələsidir.

Rəqəmsallaşma ADY-yə nə qazandırır?

Vaxtın optimallaşdırılması. Rəqəmsal dispetçer sistemləri və yükün izlənməsi üzrə platformalar əməliyyat müddətlərini 30-35% azaldır. Avtomatlaşdırılmış marşrut planlaması və texniki nasazlıqların qabaqcadan aşkarlanması reys gecikmələrinin qarşısını alır.

İqtisadi səmərəlilik. Rəqəmsal inventar və resurs idarəetməsi nəticəsində dəmiryol infrastrukturunun istismar xərcləri azalır. Müştəri sifarişlərinin və satışların rəqəmsallaşması insan resursu yükünü azaldır, daha az əmək sərfi ilə daha çox iş görülür.

Şəffaflıq və hesabatlılıq. Rəqəmsal sənəd dövriyyəsi və mühasibat inteqrasiyası korrupsiya risklərini azaldır, auditi asanlaşdırır. Sənəd saxtakarlığının qarşısı alınır, operativ nəzarət imkanları genişlənir.

Xidmət keyfiyyəti və müştəri məmnuniyyəti. Elektron bilet və yük sifarişi sistemləri istifadəçilər üçün daha rahat və sürətli xidmət imkanı yaradır. Süni intellekt əsasında tənzimlənən qiymət modelləri və sərnişin axını analizləri daha balanslı təkliflər formalaşdırır.

Beynəlxalq logistik inteqrasiya. ADY-nin rəqəmsal sistemləri Orta Dəhliz və Trans-Xəzər marşrutunda multimodal yüklərin koordinasiyasını asanlaşdırır. Əlaqədar ölkələrlə informasiya mübadiləsi rəqəmsal sistemlər üzərindən tez və təhlükəsiz şəkildə baş tutur.

ADY-də rəqəmsallaşma ilə bağlı hansı işlər görülüb?

Təklifdən öncə mövcud reallığa baxmalıyıq. Çünki ADY obyektiv şərhlə rəqəmsallaşmada kifayət qədər öndədir. Azərbaycan Dəmir Yolları sərnişindaşımalarda rəqəmsallaşma və texnoloji yeniliklərə böyük önəm verir. Məqsəd səyahəti sərnişinlər üçün daha rahat, daha əlçatan və müasir etməkdir, eyni zamanda, yükdaşıma əməliyyatlarını sürətli həyata keçirməkdir.

Gəlin prosesin xülasəsinə baxaq:

2024-cü ilin iyulunda ADY-nin ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə icazə verilib. Belə ki, My.gov.az portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR-kod şəklində əldə edib, həmin QR-kodu səfəröncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı - red.) oxutmağa təqdim etməsi kifayətdir.

2024-cü ilin oktyabrında Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.

ADY 2024-cü ilin noyabrında yenilənmiş istifadəçiyönümlü korporativ veb-saytını - www.ady.az - təqdim edib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşlarının ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edir.

ADY 2024-cü ilin dekabrında da rəqəmsal yeniliklərə imza atıb. Onlayn tarif kalkulyatoru və "ADY Smart" platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və "bir pəncərə" sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq "ADY Smart" vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib. "ADY Smart"ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir.

2025-ci ilin aprelində əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.

2025-ci ilin mayında ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan "digital.login" ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən - "SİMA İmza", "Asan İmza", "SİMA Token" (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

Görünən odur ki, ADY rəqəmsallaşmada vacib olan addımların hər birini atıb və kifayət qədər uğurludur.

Yeni yanaşmalarla bağlı nələri təklif etmək olar?

Bunun üçün əvvəlcə dünya praktikasına göz atmalıyıq. Məsələn, Estoniya modelinə baxsaq, blokçeyn texnologiyasının tətbiqini qeyd edə bilərik ("X‑Road" platforması və "e‑Customs" sistemləri). Estoniya nəqliyyat və logistika sahəsində blokçeyn texnologiyasından sənəd dövriyyəsi və yükdaşımalar üzrə rəqəmsal şəffaflıq üçün geniş istifadə edir. Xüsusilə xarici ticarət sənədləri və gömrük əməliyyatlarında bu texnologiya tətbiq olunur.

Yükdaşımalarının icazələrini, təsdiqləri və sertifikatları blokçeyn üzərində qeydiyyata almaqla tam şəffaf və əlçatan məlumat bazası yaratmaq mümkün olar. Hazırda ADY-nin sənəd dövriyyəsi və yüklə bağlı əməliyyatları rəqəmsallaşdırılıb, amma blokçeyn texnologiyasına əsaslanan açıq və dəyişməz məlumat bazası tətbiq olunmayıb.

Növbəti rəqəmsal təklif kimi Almaniyanın (Deutsche Bahn) "Rəqəmsal əkiz" texnologiyasını nəzərdən keçirə bilərik. Qatarların, relslərin və əsas stansiyaların 3D rəqəmsal modelləri yaradılmaqla nasazlıqları qabaqcadan müəyyən etmək mümkün olar.

Almaniyada sensor məlumatları əsasında 33 000 kilometr rels və 5 700 stansiya üçün real vaxt simulyasiyası hazırlanıb. ADY-də qatarlara texniki nəzarət var, ancaq rəqəmsal əkiz modellərlə qatar, lokomotiv və rels üçün 3D real vaxt simulyasiya sistemi mövcud deyil.

Daha sonra Yaponiyanın açıq API (Application Programming Interface - Tətbiq Proqramlaşdırma İnterfeysi) platformasına diqqət edə bilərik. Yaponiyada dəmir yolu operatorları - xüsusilə "JR East" və "Tokyo Metro" ictimai nəqliyyat datalarını açıq API-lərlə startaplara təqdim edirlər.

Nəticədə marşrut planlayıcıları, real vaxt tətbiqləri və xidmət əlavələri yaradılır. ADY-nin öz daxili portalları və mobil tətbiqi var, lakin startaplar üçün ADY sistemlərinə inteqrasiya imkanı yaradılarsa, onlar müstəqil mobil proqramlar, izləmə alətləri, planlayıcı sistemlər tədqiq edə bilərlər.

Qısa müddət üçün çətin görünən, amma perspektiv üçün uğurlu bir addım da atıla bilər. Söhbət avtomatlaşdırılmış və operatorsuz qatar sistemindən gedir. Belə olan təqdirdə qatarlar sensorlar, GPS və xüsusi proqram təminatı vasitəsilə marşrut üzrə hərəkət edir, sürəti tənzimləyir, stansiyalarda dayanır və təhlükəsizliyi təmin edir. Dünyada bu texnologiya sürətlə yayılır. Məsələn, Sinqapurun metro operatoru MRT, İsveçin paytaxt metrosu "Stockholm Tunnelbana" sistemlərində operatorsuz qatarlar uğurla fəaliyyət göstərir. Yaponiyanın "Shinkansen", Fransanın TGV və Almaniyanın "Deutsche Bahn" kimi məşhur dəmir yolu şirkətləri və operatorları yüksəksürətli qatarlarda bu texnologiyanın tətbiqinə yer verirlər.

Əsas üstünlükləri insan səhvlərinin azalması, qəza risklərinin minimuma enməsi, sürət və fasilələrin optimallaşdırılmasıdır. Bu addım nəqliyyat xidmətinin təhlükəsizliyini və səmərəliliyini artırır, əməliyyat xərclərini azaldır.

Bir təklif kimi də əlilliyi olan şəxslər üçün Finlandiyanın süni intellekt əsaslı "VR Group" dövlət şirkətinin modelini nümunə göstərə bilərik. Bu çərçivədə ADY-nin mobil tətbiq və sistemlərinə səslə idarəetmə funksiyası, yüksək kontrast rejimi, sadələşdirilmiş vizual interfeys kimi inklüzivlik alətləri inteqrasiya edilə bilər.

 

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Sabah çimərliklərdə hava necə olacaq?
19:00 27.06.2025
"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb
14:45 27.06.2025
Kilsə və Rusiya tərəfdarları Paşinyana qarşı: Ermənistandakı xaos böyüyür
14:29 27.06.2025
Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdü
14:14 27.06.2025
ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Hamısı