Suriyada İsrail-Türkiyə gərginliyinin dinamikası hara aparır? -Ekspert Rəyi

Ekspert rəyi 17:00 08.04.2025

"Mövcud durumda Türkiyə ilə İsrailin Suriya məsələsində uzlaşmaya getmələri daha məqbuldur”.

“EDnews” xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında  Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Suriya ətrafında Türkiyə ilə İsrail arasında gərginlişən durumu şərh edərkən deyib:

srail.jpg

"Türkiyə ilə İsrail arasında Suriya ərazisində davam edən gərginlik dinamikası iki dövlətin prinsipləri, maraqlarının təbiətindən irəli gəlir. Məsələ ondadır ki, Əsəd devrildikdən sonra İsrail Türkiyənin Suriyada gücləndiyini gördüyündən burada Ankaranın hərbi bazasının olmasına narazılığını bildirdi. Təl-Əviv bununla bağlı Vaşinqtona da mesaj ünvanlayıb. ABŞ hazırda diqqətini İran, Yaxın Şərq və Çinə yönəltmək istəyir.

Ona görə də mövcud durumda Türkiyə ilə İsrailin Suriya məsələsində uzlaşmaları daha məqbuldur. Çünki Suriya daxilində xeyli gərgin mürəkkəb vəziyyət hökm sürür. Etnik, dini münaqişələr yenidən alovlana bilər”. 
 
 Ekspert indiki halda nə Türkiyə, nə də İsrailin aktiv münaqişədə maraqlı olmadıqlarını düşünür:

"İsrail baş naziri Netanyahunun ABŞ-a səfəri fonunda təbii ki, Türkiyə məsələsini də müzakirə ediblər. Düşünmürəm ki, indiki halda nə Türkiyə, nə də İsrail aktiv münaqişədə maraqlı olsunlar. Suriyada İsrailə lazım olan Çolan təpələri və cənub torpaqlarıdır. Türkiyə ilə İsrail anlaşaraq vahid mövqedən çıxış etsə, bunun olduqca müsbət nəticələri olacaq”. 

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli isə hesab edir ki, Ankara ilə Təl-Əviv arasında Suriya məsələsində müəyyən razılaşmalar əldə oluna bilər:

qulam.jpg

"İsraillə Türkiyə arasında münasibətlər son dövrlər daha da gərginləşib. Bu da daha çox İsrailin təcavüzkar siyasətilə bağlı olan məsələdir. İndi də bu proses Suriyaya keçib. Suriyanın yeni hakimiyyətilə Ankaranın münasibətləri yaxşıdır. İsrail də mövcud vəziyyətdə çalışır ki, Suriyadan daha çox ərazi götürsün. Faktiki olaraq buna nail olublar da. Bunlar isə Ankara ilə Təl-Əvəv arasında müəyyən gərginliklərə gətirib çıxarır”. 

Amma həmsöhbətimizin fikrincə, bu gərginlik diplomatik gərginlikdən o tərəfə keçməyəcək:

"İsrail hərbi cəhətdən Türkiyə ilə üz-üzə gəlmək imkanına malik deyil. Son nəticədə tərəflər arasında hərbi qarşıdurma olmasa da, mövcud siyasi gərginlik hələ uzun müddət davam edəcək. 

Lakin onlar arasında Suriya məsələsində hansısa bir razılaşmaların olması da mümkündür. Amma konkret hansı məsələlərdə razılaşmanın olacağını gələcək göstərəcək”.  

Qeyd edək ki, Suriya ətrafında Türkiyə ilə İsrail arasında gərginlik artan istiqamətdə davam edir. Hər iki tərəf Yaxın Şərqin bu regionunda öz mövqelərini möhkəmləndirməyə çalışır. Bu fonda da müəyyən məsələlərdə maraqları toqquşur. 

Bu günlərdə Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib ki, İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor isə yəhudi dövlətinə sabitlik gətirməyəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı