Paşinyan İlham Əliyevin Minsk qrupu ilə bağlı təklifiylə razıdır

Xarici siyasət 10:59 20.12.2024

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması tələbi ilə bağlı mövqeyini açıqlayıb.

"EDnews" xəbər verir ki, Paşinyan “Armenpress”ə müsahibəsində “ATƏT-in Minsk Qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyi necədir” sualına “konstruktiv” cavabını verib.
 “Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var. Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır və onun, məsələn, “Qərbi Azərbaycan” adlanan yerlə bağlı diskurs yaratmaq istəkləri Ermənistan Respublikası ərazisinə qarşı təcavüzkar siyasət həyata keçirməkdən ibarət deyil”, - Paşinyan qeyd edib.

Baş nazir bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesi davam etməlidir.

“Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub və bu o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.
Düşünürəm ki, demarkasiya komissiyaları yaxın vaxtlarda görüşərək sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə edəcəklər. Biz burada konkret, konstruktiv işə sadiqik”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya mətbuatına verdiyi müsahibəsində ilk dəfə Ermənistanla sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrinin nədən ibarət olduğunu açıqlayıb. Prezident deyib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi;

- Avropa İttifaqının müşahidə missiyası adı altında Azərbaycanla sərhəddə yerləşdirilən başqa ölkələrin nümayəndələrinin çıxarılması.

Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:

- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.

- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Hamısı