Britaniyalı aktyor İdris Elba Böyük Britaniya kralı III Çarlzla birgə sənədli film layihəsini təqdim edib.
“EDnews” xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Qarşıdan gələn film Çarlzın hələ şahzadə ikən 1976-cı ildə təsis etdiyi "The King's Trust" xeyriyyə təşkilatından bəhs edəcək. Bu təşkilat həssas icmalardan olan gənclərə kömək edir.
Elbanın "The King's Trust" ilə şəxsi bağlantısı var. Fond ona təhsil haqqını ödəməyə və peşəkar aktyor olmağa kömək edib. İndi sənətçi təşkilatın işi barədə sənədli film vasitəsilə danışmaq istəyir.
Sənədli filmin çəkilişləri iyunun sonunda başlayacaq. Film 2026-cı ilin payızında "Netflix"də yayımlanacaq.