Klublararası dünya çempionatının H qrupunda "Real Madrid" və "Paçuka" (Meksika) komandalarının qarşılaşdığı 2-ci turun oyunu başa çatıb.
“EDnews” xəbər verir ki, görüşdə hesab 3:1 "Kral klubu"nun xeyrinə olub.
"Real Madrid"in futbolçusu Raul Asensio 7-ci dəqiqədə qırmızı vərəqə alıb. Qalib komandanın heyətində Bellinqem (35), Arda Güler (43) və Valverde (70) fərqləniblər.
Bu oyundan sonra "Real Madrid" 4 xalla H qrupuna başçılıq edir, "Paçuka" isə xalsız olaraq sonuncu yerdədir.