Venesuelanın turizm naziri Letisiya Qomes Ernandes iyun ayının ortalarında Azərbaycana rəsmi səfər edəcək.
“EDnews”xəbər verir ki, "İyun ayının ortalarında turizm sahəsində əlaqələrin inkişafı üçün nazirimizin Azərbaycana səfərini gözləyirik. O, Azərbaycana ölkələrimiz arasında turizm mübadiləsi çərçivəsində birgə təşəbbüslərin müzakirəsini və həyata keçirilməsinin davam etdirilməsini müzakirə edəcək", - deyə o əlavə edib.
Səfir həmçinin Venesuela və Azərbaycan arasında iqlim dəyişikliyi problemi üzrə qarşılıqlı əlaqələrə toxunub: "Biz Azərbaycanla iqlim dəyişikliyi problemlərinin həlli üçün əməkdaşlığı və birgə işləməyi davam etdiririk".
Diplomat əlavə edib ki, Karakas Bakı ilə ticarət, energetika sahələrində, həmçinin Cənub-Cənub qarşılıqlı əlaqələr çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Fatimə Mərdanlı //EDnews