Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul təşkil olunub

Xarici siyasət 00:07 04.06.2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Keniya Respublikasına rəsmi səfəri çərçivəsində Nairobi şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin Keniyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub.

“EDnews” xəbər verir ki, bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Mərasim Azərbaycan və Keniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

C.Bayramov çıxışı zamanı Azərbaycanın 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin irsi, 1991-ci ildə bərpa olunmuş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və Azərbaycanın regionda sülh və əməkdaşlıq gündəliyinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verib.

O, həmçinin Ümummilli Lider Heydər Əliyevin 1993–2003-cü illərdəki uzaqgörən və müdrik rəhbərliyini, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial uğurları, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğunu diqqətə çatdırıb.

Hazırda Azərbaycanın Cənubi Qafqazda davamlı sülh, əməkdaşlıq və inkişaf əsaslı yeni reallıqlar yaratdığı və postmünaqişə dövründə quruculuq, reinteqrasiya və dayanıqlı regional əməkdaşlıq gündəliyini təşviq etdiyi qeyd olunub.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsinin qarşılıqlı faydaya və ümumi məqsədlərə əsaslandığı və bu baxımdan Keniyada səfirliyin açılmasının Azərbaycan–Keniya münasibətlərinin sistemli və kompleks inkişafında yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.

C.Bayramov tədbir iştirakçılarına təşəkkür edərək, Azərbaycan xalqının Müstəqillik Gününü birgə qeyd edən Keniyalı tərəfdaşlara səmimi təbriklərini və təşəkkürünü çatdırıb, bu dostluğun və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəsmi qəbulda fəxri qonaq qismində Keniya Respublikasının mədən, mavi iqtisadiyyat və dənizçilik naziri Hassan Ali Joho çıxış edib.

O, öz çıxışında Azərbaycanla Keniyanın dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq arenada oynadığı rola dair fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında video süjetlər nümayiş etdirilib.

Rəsmi qəbulda Keniya Respublikasının hökumət və parlament nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət və media təmsilçiləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Hamısı