Azərbaycan unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir.
EDnews xəbər verir ki, bu fikir İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı 28 May - Müstəqillik Günü təbrikində yer alıb.
Təbrikdə deyilir:
"Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm."
Fatima Şükürova // EDnews