Yapon həkimdən 15 QIZIL MƏSLƏHƏT Sağlam olmaq istəyirsinizsə, bunları edin!

Sağlamlıq 16:22 22.08.2017

Yaponlar uzunömürlü olmasını doktor Şiqeaki Xinoxariya borcludur. Həkim özü ahıl yaşlarına qədər aktiv həyat tərzi sürüb. O, 75 yaşdan sonra 100-dən çox kitab yazıb. Onlardan 1,2 milyon nüsxə tirajla çıxan “Çox yaşamaq, yaxşı yaşamaq” adlı kitabı xüsusilə məşhurdur. 100 yaşı tamam olanda isə Qiqeaki Xinoxari insanları müalicə etməyə və mühazirələr oxumağa davam edirdi.

Eurasia Diary Publika.az-a istinadən bu yazıda oxucuları Qiqeaki Xinoxarinin sağlam və uzunömürlü olmaq barədə fikirlərini təqdim edir.

1. İnsanlar enerjini yuxudan və qidadan deyil, sevincdən alır. Yadınıza salın, uşaqlıqda vaxtımızı şən və maraqlı keçirəndə biz yemək barədə fikirləşmirdik, yuxumuz da gəlmirdi. Böyüklərdə də eyni ilə belədir. Odur ki, öz bədənini sərt qida qəbulu üsulları və yuxu ilə üzmək lazım deyil.

2. İstənilən irqə, milliyyətə və cinsə aid olan insanlar çox yaşaya bilər. Onların ümumi bir cəhəti var: Uzunömürlülər arasında heç bir gombul yoxdur. Məsələn, mən səhər yeməyində zeytun yağı (bu, arteriyalar və dəri üçün faydalıdır) əlavə edilmiş bir stəkan portağal şirəsi, qəhvə və ya süd içirəm. Əgər çox məşğulamsa, naharda südlə peçenye yeyirəm. Ümumiyyətlə, işləyəndə aclıq hiss etmirəm. Şam yeməyində tərəvəz, balıq və bir az düyü yeyirəm. Həftədə iki dəfə 100 qram yağsız ət yeyirəm.

3. İşlərinizi həmişə planlaşdırın. Mənim gündəliyim adətən ilin sonuna qədər görməli olduğum işlərin siyahısı ilə dolu olur. Amma 2016-ci ildə bir az əylənmək qərarına gəldim və Tokioda keçirilən Olimpia oyunlarını izləməyə getdim.

4. Təqaüdə çıxmağa ümumiyyətlə, dəyməz. Lakin bundan qaçmaq mümkün deyilsə, çalışın bunu gec edin. Bu gün Yaponiyada pensiya yaşı 65-dir, amma ondan yarım əsr əvvəl ölkədə orta ömür həddi 68 idi, yaşı 100-ü haqlayan insanlar isə Yaponiyada cəmi 125 nəfər idi. Bu gün Yaponiyada qadınların orta ömür həddi 86, kişilərdə isə 80-dır.

5. Öz biliklərinizi bölüşün. Mən hər il auditoriyalarda 150 mühazirə oxuyuram. Məni dinləyənlər arasında həm məktəblilər, həm də biznesmenlər var. Mühazirələr saat yarıma qədər davam edir, onları ayaqüstə oxuyuram.

6. Bir həkim sizə hansısa əməliyyatı edəndə və ya hansısa təhlillər verməyi tövsiyə edəndə ondan soruşun: O, bunu öz uşaqlarına, həyat yoldaşına və ya digər qohumlarına məsləhət görərdi? Həkimlər nə desələr də, hər şeyi sağalda bilməz. Niyə əlavə əziyyət çəkəsiniz ki? Bəzən musiqi və ya terapevt xidməti göstərən heyvanlar cərrahlardan yaxşı kömək edir.

7. Sağlam qalmaq üçün pilləkəndən istifadə edin, piyada gəzin. Əzələlərin daha yaxşı işləməsi üçün pilləkənləri iki-iki qalxıram.

8. Robert Brauninqinin "Abbat Feqler" romanı məni çox ruhlandırır. Mən uşaq olanda onu mənə atam oxuyardu. Orada deyilir ki, həyatda da, sənətdə qarşına böyük məqsədlər qoymaq lazımdır. Əgər dairə çəkmək istəyirsinizsə, o, o qədər böyük olmalıdır ki, bütün ömrü boyu tükənməsin. Bizə bu dövrənin yalnız bir hissəsi görünür, qalanı isə həyatımızın kənarındadır.

9. Ağrı sirli və müəmmalıdır. Ondan xilas olmağın ən yaxşı üsulu maraqlı məşğuliyyət tapmaqdır. Məsələn, dişi ağrıyan uşağı oyuna cəlb edəndə ağrı barədə dərhal unudur. Xəstəxanalar da bu barədə fikirləşməlidir. Bizim Müqəddəs Luki xəstəxanamızda çoxlu əyləncələr var. Musiqi, heyvanlar və art-terapiya. Bütün bunlar çox kömək edir.

10. Əşyalar çox almağa çalışmayın. Yadda saxlayın ki, heç kim ölüm satının nə vaxt gələcəyini bilmir. Bütün bunları da özünlə aparmayacaqsınız.

11. Xəstəxanalar böyük fəlakətlərə hazır olmalı və qapısını döyən hər kəsi qəbul etməlidir. Bizim xəstəxana elə qurulub ki, lazım gələrsə, onu hər yerə aparmaq olar: zirzəmiyə, dəhlizlərə, kilsəyə. İnsanların çoxu qəzalara dəfələrlə hazırlaşdığım üçün hesab edirdi ki, dəli olmuşam. Ancaq 1995-ci il martın 20-də Tokio metrosunda terror aktı törədiləndə bunlar çox lazım oldu. Və haqlı çıxdığım üçün qətiyyən sevinmirdim.

12. Təkcə elm insanlara kömək etməyə qadir deyil. Elm hər birimizi eyni qəlibə salır, amma biz - hamımız müxtəlifik, xəstəlik isə bizim qəlbimizlə bağlıdır. İnsanı başa düşmək və xəstəliyi müalicə etmək üçün təkcə elm yox, eyni zamanda bacarıq da lazımdır.

13. Həyat gözlənilməz hadisələrlə doludur. 31 mart 1970-ci ildə 59 yaşımda Tokiodan Fukuokuya uçurdum. Gözəl günəşli gün idi, Fudziyamadan zövq alırdım, onda "Qırmızı ordu" kommunist təşkilatının üzvləri təyyarəni ələ keçirdilər. Növbəti 4 günü mən kresloda əli qandallanmış, döyülmüş halda və 40 dərəcə istidə keçirdim. Həkim kimi baş verənləri müşahidə edir və bədənin baş verənlərə dözümünə heyrətlənirdim.

14. Özünüzə örnək nümunəsi seçin və onu ötməyə çalışın. Atam 1900-ci ildə Şimali Karolinada ABŞ-ın Dyuk Universitetində təhsil almağa gedib. O, mənim ilk qəhrəmanlarımdan biri idi. Sonra digərlərinə heyranlıq yarandı. Çətin vəziyyətə düşəndə onları mənim yerimdə təsəvvür edirəm. Görəsən, onlar bu vəziyyətə düşsə idi, nə edərdilər?

15. Uzun müddət yaşamaq gözəldir. 60 il biz öz ailəmizin rifahı naminə işləyirik və planlaşdırdığımız bu məqsədlərə nail olmaq asandır. Amma sonra biz bütün cəmiyyətin rifahı naminə çalışmalıyıq. 65 yaşım tamam olduqdan sonra həftədə yeddi gün, gündə 18 saat pulsuz işləyirəm. Və hər dəqiqədən zövq alıram.

Müqəddəs Luki xəstəxanasının prezidenti doktor Şiqeaki Xinoxar 18 iyul 2017-ci ildə Tokioda 105 yaşında vəfat edib. Demək olar ki, o, ölənə qədər pasiyent qəbul edib.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı