Ölkə boyunca yayılan qripdən necə qurtulmalı? TƏBİİ ÜSUL

Sağlamlıq 23:35 20.12.2017
Ölkə boyunca qrip virusu yayılıb. Əsasən uşaqlar məktəb və bağçalarda bu virusa yoluxur. Əgər məktəbdə və ya bağçada bir uşaq bu xəstəliyə yoluxubsa, hava-damcı yolu ilə avtomatik digərlərinə də keçir. Əslində xəstələnmiş uşaqların evdə qalması və tez sağalması üçün həkim məsləhəti ilə müalicə alması lazımdır. Ancaq valideynlərin əksəriyyəti çalışdıqları və uşağı qoymağa yerləri olmadığı üçün məcburən xəstə-xəstə də olsa, uşağı bağçaya aparır, məktəbə yola salırlar. Məhz buna görə də virus daha çox yayılır. Həmçinin böyüklər də eyni qaydada iş yerlərində digərlərini virusa yoluxdururlar.
 
Ümumdünya Səhiyyə Təşkilatının bu günlərdə yayılan hesabatında deyilir ki, hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar dünyada 650 min nəfər ölür. Ölüm riskinə ən çox 75 yaşdan yuxarı şəxslər və yoxsul regionlarda yaşayanlar məruz qalır. Qrip nəticəsində baş verən ağırlaşmalar ən çox Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Yaxın Şərq və Cənub-Şərqi Asiyada ölüm hallarına gətirib çıxarır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının on il əvvəl dərc etdiyi hesabatda qripdən 500 minədək şəxsin öldüyü məlumat verilmişdi.
 
Maraqlıdır, Azərbaycanda qrip virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi məktəb və bağçalarda monitorinqlər aparırmı, uşaqlara buna görə hansısa dərman və ya iynə vurulurmu?
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva musavat.com-a açıqlamasında Azərbaycanda qrip olmadığını bildirdi: "Bu, qrip deyil, kəskin respirator virus xəstəliyidir. Bu il qeydə alınan kəskin respirator virusları ötən ilin 11 ayı ilə müqayisə etdikdə, 10,2 faiz azalma müşahidə olduğunu görərik. Havaların soyuq, küləkli keçməsi ilə bağlı mövsümi xarakterli olaraq kəskin respirator viruslar qeydə alınır. Ötən illə müqayisədə azalma müşahidə edilməsinə baxmayaraq nisbətən ağır keçirən xəstələrdən laborator müayinə üçün yaxmalar götürülür və taun əleyhinə stansiyaya verilir. Oktyabr ayından başlayaraq bu mövsümdə 90-dan yuxarı xəstədən laborator müayinə üçün nümunə götürülmüşdü və heç birində qrip virusları aşkar edilməmişdi. Ona görə də qrip haqqında danışa bilmərik. Hazırda respirator virus infeksiyaları var və bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən oktyabr ayında əmr imzalanıb. Həmin əmrə əsasən, məktəblərdə, bağçalarda və digər yerlərdə monitorinq keçirilib. Əhaliyə də müraciət olunur ki, əgər uşaqda respirator virus varsa, o, evdə qalmalı, həkimə müraciət etməlidir. Həkim təyinatı ilə müalicə olunmalıdır ki, o xəstəlik ağırlaşmaya səbəb olmasın. Eyni zamanda respirator virus infeksiyadırsa, onun yayılmasının qarşısı alınsın. Tibb müəssisələrində, məktəblərdə, bağçalarda dizenfeksiya tədbirlərinin aparılması, xəstələrin erkən aşkar olunması və müalicəyə cəlb edilməsi təmin edilir. Bizim gigiyena və epidemiologiya mərkəzləri tərəfindən iş daim nəzarətdə saxlanılır, həftəlik, günlük məlumatlar Səhiyyə Nazirliyinə çatdırılır, təhsil edilir. Xəstəlik hələ ki, ötən ilə nisbətən 10,2 faiz azalma ilə müşahidə olunur. Buna baxmayaraq, biz çalışırıq ki, yerlərdəki işçilərimiz və digər səhiyyə işçiləri bu sahədə nəzarətlərini gücləndirsinlər".
 
Bu virusa yoluxmuş insanlar hər nə qədər qrip əleyhinə dərmanlar qəbul etsələr də, bir faydasının olmamasından şikayətlənirlər. Buna görə də həkim Seyfəddin Əsəd təbii yolla müalicənin daha effektiv olduğunu bildirir. Həkimin sözlərinə görə, təbii yolla 1 günə qripdən və soyuqdəymədən xilas olmaq mümkündür: "Apteklərdə tənzif satılır. İlkin olaraq onu ağıza bağlamaq lazımdır. Yaponiyada hara gedirdiksə, insanların ağzında tənziflə gəzdiyini gördük. İmmuniteti zəif olan adamlar tənzif bağlasınlar, çünki bu xəstəlik hava damcı yolu ilə keçir. İkinci isə valideyn spirtlə uşağın əlini tez-tez silməlidir. Evdə sarımsaq və soğanı doğrayıb boşqabda stolun üzərinə qoymaq lazımdır. Əgər uşaq artıq qripə yoluxubsa, iki saatdan bir onun burnuna soğan suyu tökülməlidir. Böyük adamlar suya qarışdırmır, amma uşaqlara suya qarışdıraraq tökmək lazımdır. Uşağa bir diş olmaqla səhər, günorta və axşam çörəklə sarımsaq yedirmək lazımdır. İki saatdan bir çay qaşığı və ya yarım çay qaşığı balı ağızda sovurmaq lazımdır. Buruna qara çörək otu yağı ilə tampon qoya bilərsiniz. Zoğal, qırmızı moruq mürəbbəsi ilə çay içmək və sulu xəngəl, əvəlik yemək, tərləmək lazımdır. Beləcə, bir günə qrip yox olur. Bu, mənim dəfələrlə təcrübədən keçirdiyim bir reseptdir".
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
Hamısı