"O xəstəlik uşağı öldürə bilər, mütləq peyvənd etdirin" PEDİATRDAN HƏYƏCAN TƏBİLİ

Sağlamlıq 01:58 13.01.2018
Son günlər Kiyevdə qızılca epidemiyasının yayılması haqda xəbərlər yayılır. Qeyd olunur ki, Ukraynada epidemiyanın yaranma səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir. Həkim Roman Orkodoşvili Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbətinin 30% olduğunu açıqlayıb. O vurğulayır ki, Azərbaycanda da vəziyyət belədir.
 
Ümumdünya Səhiyyə Təşkilatı isə bildirir ki, qızılcadan ildə ortalama 150 min insan vəfat edir. Bunların əksəriyyəti 5 yaşına qədər olan uşaqlardır. Statistikaya görə, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.
 
Bəs görəsən iddia edilən bu məsələ nə dərəcədə reallığa uyğundur? Ölkəmizdə valideynlər qızılcaya qarşı peyvənd etdirməyə niyə biganə yanaşır? Qızılcanın əlamətləri nələrdir və ondan necə qorunmaq olar?
 
Hava damcı yolu ilə yoluxur
 
Mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran pediatr Vaqif Qarayev məlumat verir ki, qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir. Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir.
 
Qızılcanın ağırlaşmaları çox təhlükəlidir
 
V. Qarayevin sözlərinə görə, qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Fəsadları hətta ölümlə də nəticələnə bilər: "Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca meningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir".
 
Mütləq xəstəxanada müalicə almaq lazımdır
 
Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Virus çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır: "Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın".
 
Qızılca olanda qoçun başına qırmızı bağlayır, qurban kəsirdilər...
 
Keçmiş zamanlarda qızılca xəstəsinin yatağını tamamilə qırmızıya bürüyür, otaqlarda qırmızı pərdə asarmışlar. Bunu dini baxımdan izah edərdilər. Lakin həkim bunun tibbi izahının da olduğunu qeyd edir: "Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. Hətta qədimdə qızılcanı allahın lütfü kimi qəbul edirdilər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi ki, öz-özünə keçib gedəcək. Guya allah lütf gətirib. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. İndi də bəzi yaşlı insanlar qızılca xəstəsinə iynə-dərman müalicəsi etməyə qoymurlar. Təəssüf ki, bunu allahın göndərdiyi lütf kimi qəbul edənlər hələ də var".
 
Qızılca epidemiyasına qarşı peyvənd mütləqdir
 
Mütəxəssis qızılca tutan və yoluxma təhlükəsi olan uşaqların ətrafdan təcrid olunmasını tapşırır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağçaya getməməlidir: "Qızılca olan uşaq kollektiv arasına çıxa bilməz. Hətta əgər xəstələrin sayı çoxdursa, həmin uşaq müəssisəsi bağlanmalıdır".
 
Həkim bu xəstəlikdə peyvəndin mütləq olduğunu vurğulayır. Valideynlər peyvənd təqviminə əsaslanaraq, buna biganə yanaşmamalıdırlar: "Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət daha stabilləşib. Heç bir arqumentə dayanmadan peyvənd olmaz deyən böyük bir qrup yaranıb. Amma fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstələnir və körpə yaşlı uşaqlar ölür. Kim peyvənd elətdirmirsə, məsuliyyəti öz boynunadır. Buna göy öskürək də əlavə olunub. Mən peyvənd olunan bir uşaqda belə göy öskürək görməmişəm. Soruşuram ki, niyə peyvənd etməmisiniz? Ağlayır və izah edə bilmir ki, niyə peyvənd etdirməyib. Amma deyir ki, kömək edin uşağa. Belə vəziyyət yaranır. Xüsusilə Rusiyada yayılıb ki, uşaqları peyvənd elətdirməyin. Bir daha deyirəm, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır".
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
Hamısı