Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki 2 nömrəli doğum evi təmir ediləcək.
Eurasia Diary "trend"ə istinadən xəbər verir ki, əsaslı təmiri işlərinin satın alınması üçün artıq açıq tender elan edilib.
Tender təklifləri oktyabrın 25-dək tender komissiyasına təqdim edilməlidir.
İddiaçıların təklif zərfləri oktyabrın 28-də açılacaq.