Azərbaycanda uşaqlar arasında görmə, kəkələmə və onurğa əyriliyi problemi üzə çıxıb RƏQƏMLƏR

Sağlamlıq 10:29 06.11.2019

Azərbaycanda son illər ərzində uşaqların profilaktik müayinəsi aparılarkən onlarda daha çox görmə qabiliyyətinin zəifləməsi, danışığında qüsurun olması, onurğa sütununda skoliozun aşkarlanması ilə bağlı problemlər aşkarlanır.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycanda 2 milyon 430 min 900 uşaq profilaktik müayinəyə cəlb edilib.

Onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13400 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2300 nəfərində danışığının qüsurlu olduğu, 2600 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, sadalanan hallar son illər ərzində uşaqlar arasında ən çox rast gəlinən pozuntu hallarıdır.

2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.

2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.

2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayının artmasından narahatlığını bildirib.

Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov Trend-ə deyib ki, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir.

Onun sözlərinə görə, uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır.
C.İskəndərov bildirir ki, skolioz əməliyyatlarının onurğanın formalaşması tam bitməmiş bir dövrdə – 14-17 yaş aralığında icra edilməsi daha yaxşı olardı. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.

Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: “Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”.

Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib ki, Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir.

Mərkəz rəsmisi hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür. Məktəbəqədər 4-6 yaş dövrü reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür:

“Uşaq bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr həmçinin kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür. Bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftalmoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı