İngiltərə koronovirusla bağlı həyəcan siqnalı çaldı.
Eurasia Diary Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərədə yaşayan ailənin iki üzvü yüksək qızdırma və ağırlaşan təngnəfəsliklə bağlı həkimə müraciət ediblər.
Müayinələr nəticəsində ailə üzvlərində koronavirus aşkar edilmişdir.
Böyük Britaniya Səhiyyə Nazirliyi virusun daha geniş yayılmaması üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Qeyd edək ki, Çində koronavirusla bağlı artıq 213 nəfər dünyasını dəyişib.