Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.
EDNews xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.
Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.
Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.