Rusiyada, koronavirusun müalicəsi üçün dərman təqdim olunub. Söhbət malyariya əleyhinə istifadə olunan Mefloxin dərman preparatından gedir.
EDNews TASS-a istinadən xəbər verir ki, Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA), koronavirus infeksiyasının malyariya əleyhinə Mefloxin dərman preparatı əsasında müalicə planını hazırlayıb. Bu barədə şənbə günü agentliyin saytında məlumat verilib.
"Yüksək selektiv qabiliyyətə malik dərman, koronavirusun sitopatik təsirini hüceyrə mühitində bloklayır və onun təkrarlanmasına mane olur. Mefloxinin immunosupressiv təsiri isə virusun yaratdığı iltihab reaksiyasının aktivləşməsinin qarşısını alır", - deyə FTBA-nın mətbuat xidmətinin rəhbəri Veronika Skvortsova bildirib. Onun sözlərinə görə, sintetik penisilinlər və makrolid antibiotiklər əlavə ikincil bakterial-viruslu sindromun yaranmasına mane olur və qan plazmasında və ağciyərdə virus əleyhinə vasitələrin konsentrasiyasının artmasına imkan verir. Skvortsova bildirib ki, "bu, müxtəlif dərəcəli koronavirus infeksiyası olan xəstələrdə effektiv müalicəni təmin edəcək".