Bu vitamin koronavirusdan ölüm nisbətini azaldır | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Bu vitamin koronavirusdan ölüm nisbətini azaldır

Səhiyyə A- A A+

ABŞ-da aparılan yeni araşdırma D vitamini çatışmazlığı ilə yeni tip koronavirusdan ölüm göstəricilərinin yüksəkliyi arasında əlaqə ola biləcəyini göstərib.

EDNews.net xəbər verir ki, bu barədə Star.com məlumat yayıb.

Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada COVID-19-la bağlı ölüm göstəricilərinin yüksək olduğu İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə xəstələrin D vitamini səviyyəsinin digər ölkələrdəki pasiyentlərlə müqayisədə daha aşağı olduğu müəyyən edilib.

“Təhlilimiz COVID-19-a yoluxmanın qarşısını almasa da, D vitamini çatışmazlığı olmayan xəstələrin ölüm nisbətinin 50 faiz daha az olacağını göstərir”, - hesabatda deyilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...