Dünyada koronavirusa yoluxanların sayı 70,720,317 nəfərə çatıb.
Eurasia Diary xəbər verir ki, bu barədə xüsusi yaradılmış onlayn statistikada məlumat verilib.
Bu günə qədər virusdan 1,588,437 nəfər dünyasını dəyişib və 49,148,338 nəfəri isə sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (16 039 393 nəfər), Hindistan (9 796 992 nəfər), Braziliya (6 783 543 nəfər), Rusiya (2 569 126 nəfər) və Fransadır (2 337 966 nəfər).
Türkiyədə 1,748,567, İranda 1,083,023, Gürcüstanda 178,953, Ermənistanda isə 145,240 nəfərdə Azərbaycanda isə 162,774 nəfərdə koronavirus müəyyən edilib.