Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2,334 yeni yoluxma faktı qeydə alınıb, 4,461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eurasia Diary Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 208,211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2,340 nəfər vəfat edib, aktiv xəstə sayı 54,211 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14,599, ötən müddət ərzində isə ümumilikdə 2,102,957 test aparılıb.