Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə “BioNTech”/”Pfizer” peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.
“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, – deyə U. Şahin vurğulayıb.
Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib.