Britaniya ştammı gəlib, yoluxma sürətlə artır Bizi nə gözlədiyini və nə etməli olduğunu bilmirik

Sağlamlıq 16:44 24.03.2021

Martın 18-də Azərbaycana xaricdən daxil olan şəxslərdən götürülən nümunələrdə koronavirusun 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkarlandı. Operativ Qərargahın brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bir sıra ölkələrin yenidən qapanmalara getdiyini bildirdi. O, yoluxma sayının kəskin artması və xəstəxanalarda müalicə alanların çoxalması, xüsusilə də reanimasiya şöbələrində çarpayıların çatışmazlığı müşahidə olunduqda Azərbaycanın da xüsusi sərtləşdirilmiş şəraitə, yəni ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağını dedi. Prezidentin köməkçisi Britaniya ştammının qarşısının alınmasının da qeyri-mümkün olduğunu vurğuladı.

Qeyd edək ki, dünyada hazırda COVİD-19-un 3 variantı müşahidə edilir. Bunlardan biri də Britaniya ştammıdır. Viruslarda daim mutasiya baş verir və Britaniya variantı da belə bir dəyişmə nəticəsində əmələ gələn yeni ştammdır. Mütəxəssislərin fikrincə, hazırda əsl təhlükə daha yoluxucu sayılan Britaniya, Cənubi Afrika və Braziliya ştammlarından irəli gəlir.

Britaniyada Sars-Cov-2 virusunun yeni variantı haqqında rəsmi açıqlama ötən ilin 14 dekabrında səslənib. Lakin ölkənin cənub-şərqində aşkarlanan yeni ştammın hələ sentyabr ayında meydana çıxdığı məlumdur. Dekabr ayında virusun sürətlə yayılması isə ölkə boyu karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olub.

Azərbaycanda da bu ştammın aşkarlanması, onun tezliklə yayılacağı və bizi nələrin gözlədiyi barədə təbii olaraq narahatlıq yaradıb. Belə ki, bəzi məlumatlara görə, Britaniya ştammı koronavirusun Çin variantından daha ağır keçirilir. Xüsusilə də yoluxma faizinin yüksək olduğu məlumdur. Həmçinin Azərbaycanın tədarük etdiyi vaksinlərin Britaniya ştammına qarşı daha təsirli olub-olmaması da maraqlıdır.

Tanınmış infeksionist Vüqar Cavadzadə Eurasia Diary saytına açıqlamasında deyib ki, son həftədəki xəstələrin xəstəliyi daha ağır gedişlidir:  

“Son 5-6 gündə gətirilənlər həqiqətən də daha ağır vəziyyətdə olan və qısa müddətdə vəziyyətləri ağırlaşan xəstələrdir. Mən deyə bilmərəm ki, bu, Britaniya ştammıdır, yoxsa yox. Çünki bunu yalnız PSR analizi ilə müəyyən etmək olur. Bəlkə də Britaniya ştammıdır... Ancaq istər Britaniya ştammı, istər Cənubi Afrika ştammı, istərsə də Brazilya variantını klinik olaraq, yəni həkim xəstəyə baxaraq müəyyən edə bilməz. Bunlar klinik əlamətlərinə görə bir-birindən fərqlənmirlər və yalnız molekulyar genetik üsul olan PSR vasitəsilə müəyyən etmək olur”.

İnfeksionist ekspertin sözlərinə görə, Britaniya ştammının Covid-19 infeksiyasına nisbətən yoluxuculuğu daha çoxdur: “Bəzi mənbələrə görə hətta 70 faiz daha yoluxucudur. Lakin ölüm faizində ciddi fərq yoxdur. Yəni COVİD-19 ilə ölüm faizi eynidir”.

V. Cavadzadə yeni yaranan ştammlara qarşı tədbirlər məsələsinə toxunaraq bildirib ki, hazırda virusa qarşı mübarizə məsələsində yenilik yoxdur. Onun sözlərinə görə, COVİD 19-a qarşı bir il ərzində hansı tədbirlər aparılıbsa, həmin tədbirlər görüləcək. Hava-damcı infeksiyalarında profilaktik tədbirlər eynidir. Yenilik ancaq vaksinasiya prosesinin gücləndirilməsi ilə bağlı ola bilər.

O, qeyd edib ki, Azərbaycanın aldığı Çinin Sinovac şirkətinin istehsal etdiyi “CoronoVac“ vaksini Britaniya ştammına qarşı da effektlidir.

“Britaniya ştammı COVID-19 virusundan mutasiya olub. COVID-19 virusu isə protein və amin turşularından ibarət mürəkkəb quruluşa malikdir. Hər hansı bir dəyişiklik mutasiya ilə nəticələnir. Mutasiya zamanı dəyişiklik ümumi yox, xırda bir zəncirində baş verir. Ona görə hesab edirəm ki, Sinovac şirkətinin “CoronoVac“ vaksini Britaniya ştammına qarşı da effektlidir” – deyə infeksionist vurğulayıb.

Gülnar Səlimova

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Hamısı