Alimlər sinə xərçənginə tam qalib gəldilər | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı


Alimlər sinə xərçənginə tam qalib gəldilər

Səhiyyə A- A A+

Döş xərçənginin yeni müalicə metodu ilə siçanlarda xəstəlik demək olar ki, tamamilə məğlub edilib, gəmiricilərdəki şiş hüceyrələri 95-100 faizi məhv olub.

Bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə elan edilib.

Bildirilir ki, Urbana-Şampeyndə İllinoys Universitetinin alimləri tərəfindən hazırlanan ErSO preparatı təkcə ilkin şişləri sürətlə yox səviyyəyə endirməklə kifayətlənmir, həmçinin metastazlarla da uğurla mübarizə aparır.

Mütəxəssislərin sözlərinə görə, bir neçə xərçəng hüceyrəsi sağ qaldıqda və bir neçə ay ərzində yenidən böyüməyə imkan tapdıqda belə, yeni şişlər təkrarlanan ErSO müalicələrinə həssas olurlar.

ErSO ağciyərlərdə, sümüklərdə və qaraciyərdə metastazların çoxunu sürətlə məhv edib, beyin metastazlarında isə kəskin azalmaya səbəb olub.

Oxu.Az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...