Peyvənd edilməyənlərin ölmək ehtimalı 10 dəfə çoxdur... | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Peyvənd edilməyənlərin ölmək ehtimalı 10 dəfə çoxdur...

Səhiyyə A- A A+

ABŞ -da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) koronavirusun "Delta" stammı ilə bağlı məlumatları yeniləyiblər. Məlum olub ki, bu ştamm çox yolxuculuğu ilə seçilir və hətta peyvənd olunmuş insanlardan da ötürülə bilər.

EDNews.net xəbər verir ki, bu haqda  məlumatları Qərb mediası, o cümlədən “Reuters” agentliyi yayıb.

Məlumatlarda deyilir ki, "Delta" ştammı, yoluxucu xəstəliklər arasında suçiçəyi ilə müqayisə edilə bilər. Beləki peyvənd edilmiş insanlar tərəfindən ötürülür və əvvəlki koronavirus ştammları ilə müqayisədə daha ciddi fəsadlara səbəb ola bilər.

Məlumatda o da vurğulanır ki, peyvənd olunmamış insanların "Delta" ilə yoluxma ehtimalı üç dəfə, peyvənd edilənlərə nisbətən isə ağırlaşmaq və ya ölmək ehtimalı 10 dəfədən çoxdur. СDC koronavirusa qarşı mübarizə üsullarının dəyişdiyini etiraf edir və bildirir ki, indi peyvənd olunmuş insanları risklərlə bağlı fərdi qaydada məlumatlandırmaq lazımdır.

Sənəddə peyvənd edilmiş insanların yoluxma ehtimalının daha az olmasına baxmayaraq, "Delta" ilə yoluxduqları təqdirdə, onların arasında virusun peyvənd olunmamış insanlar arasında yoluxma ehtimalı təxminən eynidir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...