Almaniyada azərbaycanlı həkimlərin forumu keçiriləcək - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Almaniyada azərbaycanlı həkimlərin forumu keçiriləcək

Səhiyyə A- A A+

Almaniyanın Köln şəhərində bu ölkədə çalışan azərbaycanlı həkimlərin I forumu təşkil ediləcək. 

Ednews xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutacaq forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri  bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında  şəbəkələşmənin yaradılmasından ibarətdir. Forumda azərbaycanlı həkimlərin çıxışları dinləniləcək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətlər və yeniliklər təqdim olunacaq, müzakirələr aparılacaq. Forum həm də xaricdə yaşayan həkim soydaşlarımızın Azərbaycan səhiyyəsinə bəxş edə biləcəyi mühüm töhfələrə diqqəti yönəldəcək.

5 mart 2022-ci ildə keçiriləcək forumda Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 250 nəfərə yaxın azərbaycanlı həkimin iştirak etməsi nəzərdə tutulub.

Forumda iştirak etmək üçün qeydiyyat linki artıq aktivləşdirilib. İştirakçılar //ga-symposium.com  linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...