Avstriya kansleri Karl Nehammer karantin müddətinin ləğv olunması ilə bağlı göstəriş verib.
Ednews xəbər verir ki, yanvarın 31-dən etibarən ölkədə COVID-19-a qarşı peyvənd olunmayan vətəndaşların karantin müddəti ləğv ediləcək. Buna səbəb xəstəxanalarda, ilk növbədə reanimasiya şöbələrində vəziyyətin stabilləşməsi və xəstə sayının azalması olub.
Kansler Avstriya Nazirlər Kabinetinin iclasından əvvəl onu da qeyd edib ki, peyvənd olunmayan vətəndaşların ictimai iaşə obyektlərinə, bir sıra mağazalara, kütləvi tədbirlərə girişi ilə bağlı qadağalar qüvvədə qalır. Eyni zamanda icazə verilən yerlərə giriş əvvəl olduğu kimi, bu dəfə də yalnız tibbi maska ilə mümkün olacaq.