Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Ednews xəbər verir ki, məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Verilən məlumata görə, ölkədə sutka ərzində 34 546 vaksin vurulub.
Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.