Apteklərdən yoxa çıxan ucuz dərmanların "tragikomediya"sı Günahı bir-birinin üzərinə yıxan iki qurum: Səhiyyə Nazirliyi, yoxsa TƏBİB

Sağlamlıq 12:58 05.02.2022

İnsanların səhiyyə və sağlamlıq qayğılarının artması fonunda problemlərdən biri də apteklərdə lazımi dərman preparatlarının çatışmazlığıdır. Alıcılar hər zaman aldıqları ucuz və keyfiyyətli ağrıkəsicilər, şəkər, böyrək, ürək xəstəlikləri əleyhinə preparatları tapa bilmirlər. Bu qəhətə çıxan preparatların yerinə isə eyni keyfiyyətdə, amma bahalı əvəzedici firma dərmanları satılır. Yaranmış vəziyyətdən çox sayda vətəndaş şikayətçidir.

Bu problem Rusiya istehsalı olan “Solodka”, “Brovensin”, “Ranitin”, “İmodium” və s. kimi bir çox dərman preparatlarının aptekdən itməsi ilə müşahidə olunur. Nəticədə isə vətəndaş itirir, dərman biznesi ilə “ciblərini dolduran” işbazlar qazanır.

Əslində isə ölkəyə dərmanların gətirilməsi xüsusi qaydalar və qiymət tənzimlənməsi ilə həyata keçirilməlidir ki, bu da preparatların qiymətlərinə birbaşa təsir etsin. Bu həm də hər aptek yiyəsinin preparata öz istədiyi qiyməti verməsinin qarşısını alacaq və vahid sistem formalaşacaq.

Ümumiyyətlə apteklərlə bağlı problemlər tək bununla bitmir. Bu analoji vəziyyətlərdən biri də ailəsində ağır xəstəsi olan şəxsin, məsələn onkoloji və digər ağır xəstəliklərlər üçün nəzərdə tutulan preparatların ölkədə həddən artıq baha olduğu üçün xarici bazarlara üz tutmasıdır.

Qeyd edək ki, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklərə TƏBİB, pərakəndə satış aptekləri, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi nəzarət edir.

Elə bu səbəbdən məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə bildirildi ki, apteklərin dərman təminatı və apteklərdəki dərmanların qiymətləri Səhiyyə Nazirliyinin səlahiyyətində deyil.

TƏBİB-in mətbuat xidmətindən verilən açıqlamaya görə isə apteklərlə bağlı nəzarəti Səhiyyə Nazirliyi həyata keçirir. TƏBİB yalnız müalicə və müayinə ilə bağlı məsələlərə baxır.

Bu “Bermud üçbucağı”nın bir tərəfi olan apteklər nə deyir?

Şəhər aptekləri isə...

Apardığımız araşdırma zamanı həqiqətən də bəlli oldu ki, səslənən iddialar əsaslıdır. Sorğu apardığımız apteklərdə adlarını sadalağımız bəzi ucuz dərmanların satışdan yığışdırıldığının canlı şahidi olduq.

Məsələn, “Solodka”, “Brovensin”, “Ranitin”, “İmodium” kimi dərman preparatlarını çox axtarsaq da heç bir aptekdə tapılmadı. Onların yerinə isə əczaçı bizə bahalı əvəzləyici dərman və siropları israrla eyni tərkiblidir deyərək bizə təqdim etdi.

Aptekdən “yoxa” çıxan dərmanların “qeybə” çəkilməsində günahkar kimdir?

Paytaxtdakı apteklərdən birində əczaçı çalışan Gülşən Həmidova faktı Ednews-a təsdiqləyib. Onunla söhbət əsnasında öyrəndik ki, bəzi dərmanlar Səhiyyə Nazirliyi tərəfindən qadağa olunub, lakin elə dərmanlar da var ki, aptek müdirləri onu ucuz olduğu üçün qəsdən gətirmir. Əczaçı xanımın sözlərinə görə, buna səbəb o dərmanların üzərində olan az gəlirdir.

"Daha baha" dərmanlar satılır

Əczaçı deyir ki, ”Olitetrin”, “Fosfolügel”, “Ranitidin” preparatları 30 – 60 qəpik arasında satılırdı. Ancaq hazırda bu dərmanlardan heç yerdə tapmaq olmur. Məsələn “Ranitidin” preparatının əvəzinə “Kvamatel” preparatı 3 manat 80 qəpiyə təklif olunur. “İmmodium” preparatının  qiyməti 20 dənəsi 7-8 manat civarında idi. Alıcılar dənəsi 40 qəpikdən olaraq onu əldə edə bilirdilər. Lakin hazırda o, apteklərdən yığışdırılaraq əvəzində alıcılara 10 ədədi 11 manata olan “Enterol” təklif olunur. 

G. Həmidova həmçinin qeyd edib ki, uşaqlar üçün ucuz olan dərmanları da şəhər apteklərindən tapmaq qeyri-mümkündür.

“Bizə tez-tez gənc analar köp, qusma əleyhinə “Motilium” adlı dərman preparatı üçün müraciət edirlər. Qiyməti də hər cibə uyğun idi. Hazırda bu ekstrakt apteklərdə satışda yoxdur, əvəzləyici kimi isə ondan qat-qat baha olan “İmeran” dərmanı təklif olunur. Bundan başqa allergiya xəstələri üçün 50 qəpik qiymətində olan “Diazalin” preparatı vardı, o da yoxa çıxan dərmanların siyahısındadır. Alıcıları hər dəfə əliboş və ya əvəzləyicisi olan baha preparatla yola salanda utanıram. Hazırda onun yerinə 7-10 manat qiyməti olan “Rolinoz”, “Lominal” dərmanları təklif olunur”.

Mütəxəssis ən çox axtarılan dərman preparatının isə böyrək xəstələri üçün olan “Nitroksolin” preparatının olduğunu vurğulayıb.

“Bu 50-60 qəpik qiymətində olan preparat da yoxa çıxıb. İndi onun əvəzinə bizə “Uronef”,  “Urotamz”, “Sitrosin” preparatları gəlir ki, onların da qiyməti 30-20-10 manat civarındadır. Ürək döyüntüsünü azaldan “Nifedipin” dərmanı da nadir tapılanlar sırasındadır.

Əczaçı söhbət zamanı bildirib ki, bəzi preparatların qiyməti nəinki 100 % hətta ondan çox artıb.

“Mən bu preparatlardan birinin, qiyməti kəskin şəkildə artan tərkibi vitamin və mikroelement olan “Zevitsel”dən danışmaq istəyirəm. Bu preparatın qiyməti 19 manatdan düz 39 manata qədər yüksəlib. Yəni özünüz gördüyünüz kimi bu preparatda 200 % bahalaşma müşahidə olunur”.

Sonda o, qeyd edib ki, söhbət zamanı sadaladığı heç bir preparat Səhiyyə Nazirliyi tərəfindən qadağalar olan siyahıya daxil edilməyən preparatlardır.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan dünyada əhalisinin sayına görə apteklər şəbəkəsi bəlkə də ən çox olan ölkələrdəndir.

Eyyub Hüseynov: “Dönər tələbə və şagirdləri məhv edir, amma biz onlara  qadağa qoya bilmərik”

“Mən dəfələrlə başqa ölkələrlə ciddi müqayisə aparmışam, Azərbaycandakı apteklər şəbəkəsi dəfələrlə Avropa ölkələrindən, hətta inişaf etməmiş ölkələrdə olandan belə çoxdur. Bunun bir neçə səbəbi var.

Əgər mən qərar verən bir adam olsaydım birinci növbədə məmurların xaricdə müalicə olunmasını qadağan edərdim. Bütün klinikalar məmurlara məxsusdur. Ancaq barmaqları qanayan kimi xaricə qaçırlar”.

Birliyin sədri həmçinin qeyd edib ki, nə qədər ki, ölkədə dərman istehsalı yoxdur, vəziyyət belə pis olaraq qalacaq.

“Yerli dərman istehsalına hazır olan müəssisələr var. Lakin çox təəssüf ki, onların yerli dərman istehsalı etməsinə şərait yaradılmır. Bunun da səbəbi odur ki, dərman idxalı ilə məşğul olanlar yerli istehsalın başlamasına imkan vermir”.

E. Hüseynovun sözlərinə görə, yerli dərman istehsalı bacaran müəssisələr primitiv işlərlə məşğul olur, maska, xalat, pipetka istehsal edir.

“Əslində onlar dərman istehsalı ilə məşğul olmağa hazırdırlar. Azərbaycanın fauna və florası da imkan verir ki, yerli dərman istehsalına rəvac verilsin.

Demək olar ki, bütün dərmanlar Səhiyyə Nazirliyinin nəzarəti altında olur. Lakin biz apteklərdə içliyi milli olmayan dərmanlar da görürük. Onlar şübhəsiz ki, Səhiyyə Nazirliyinin nəzarətindən qaçılan qaçaqmalçılıqla ölkəyə gətirilən və yaxud kiminsə xeyir duası ilə bazara daxil olan dərmanlardır. Dərmanların keyfiyyətsiz olması barədə daim bizə telefon zəngləri gəlir”.

E.Hüseynov deyir ki, dövlət müəyyən sosial siyasət apararaq dərmanların qiymətlərini  tənzimləyib, lakin görürük ki, dərmanların keyfiyyətində problemlər yaşanır.

“Çox təəssüflər olsun ki, belə bir vəziyyət hökm sürür və əhalinin apteklərdə və klinikalarda növbəyə durmasının bir səbəbi də elə bunlardır. Dərman biznesində “at oynadan” işbazlar ucuz olsun deyə keyfiyyətsiz dərmanları ölkəyə gətirib, - deyə ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, 2016-cı ildə İranla birgə Pirallahıda dərman preparatlarının istehsalı ilə zavodun təməlqoyma mərasimi keçirilib.

Məsələni diqqətdə saxlayacağıq.

Gülnar Səlimova

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı