"Hazırda Avropada müşahidə olunan meymun çiçəyi virusu yaxın gələcəkdə bitəcək və epidemiyaya çevrilə bilməyəcək".
Ednews xəbər verir ki, bu fikri TASS-a İ.İ.Meçnikov adına Vaksinlər və Zərdablar Elmi - Tədqiqat İnstitutunun elmi direktoru Vitali Zverev deyib.
Mütəxəssisin sözlərinə görə, bu virus əvvəlcə meymunları yoluxduran meşə dələlərində tapılıb, yoluxmuş meymunlardan isə insanlara keçib.
O, virusun laboratoriyadan sızdığını da irəli sürüb.
"Bu, ya laboratoriya infeksiyasıdır, ya da kimsə Afrikadan ekzotik heyvan gətirərək bir qrup insanı yoluxdurub, nəticədə isə virus bir neçə ölkəyə yayılıb",- deyə ekspert bildirib.