“Dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır” Həkimdən AÇIQLAMA

Sağlamlıq 16:55 17.02.2023

"Böyrək əvəzedici terapiya (hemodializ və peritoneal dializ) qəbul edən xəstələr, xüsusilə maye qəbuluna və pəhrizə ciddi riayət etmələri məsləhət görülür. Duz, fosfor və kalium zəngin olan qida məhsulların məhdudlaşdırılmasına çalışılmalıdır".

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov Ednews-a açıqlamasında bildirib. Onun sözlərinə görə, böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər.

“Bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır. Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir”. 

Həkim qeyd edib ki, ilkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qicolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur.  

Mütəxəssis qeyd edib ki, dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsədlaşma ehtimalı da çox yüksəkdir:

“Sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur. Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlanlaşdırılır. Sevindirici hal ondan ibarətdir ki, artıq bizim ölkədə böyrək və qaraciyər transplantasiyadan sonra iki və hətta üç uşaq dünyada gətirən xanımlar var.

Son mərhələ böyrək çatışmazlığı diaqnozu qoyulan xəstələr canlı qohum donor olduğu təqdirdə dializ müalicəsinə başlamadan da transplantasiya oluna bilərlər. Bu, preemptif böyrək transplantasiya adlanır. Son araşdırmalara görə, bu tip əməliyyatlarda fəsadlaşma ehtimalı daha nadir, xəstə və orqan qalması nəticələri isə daha uzunömürlü olur. Əlavə olaraq, xəstələrin reabilitasiya dövrü də qısa və sürətli olur. Son illərdə bizim ölkədə preemptif transplantasiya olunan xəstələrin sayının artığı hiss olunur və demək olar ki, ümumi əməliyyat olunanların artıq 20-25% faizini təşkil edir”.

Oğuz Ayvaz 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Hamısı