“Xəstəxanalarda yaranan infeksiyalara birbaşa məsuliyyəti xəstəxana və tibb personalları daşıyır”.
Ednews xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O, bildirib ki, tibbi prosedurlarla mürrəkkəbləşdikcə mikrooqranizimlərlə də mübarizə aparmaq çətinləşir.
“Hazırda elə dövrdə yaşayırıq ki, görünməz mikrooqranizimlərlə mübarizə olduqca çətindir. Misal üçün 10 illiklər öncə edilən əməliyyatlar, göstərilən tibbi yardımları bu gün qədər çətin və mürəkkəb deyildi. Daha bəsit idi. Həmin dövrlərdə mövcud olan mikrobların çeşidliyi, müalicəyə davamlılığı, gücü daha az idi. İndi isə günü-gündən bunlar hamısı ciddiləşir və inkişaf edir. Səhiyyənin inkişaf etməsi ilə vətəndaşlar infeksiyaya tutulma riskləri də çoxalır. Xəstə hansısa ağrı ilə xəstəxanaya müraciət edir, lakin infeksion xəstəliyə də tutulur. İnfeksion nəzarətə mütləq şəkildə riayət edilməlidir”.
Mütəxəssis həmçinin qeyd edib ki, buna nəzarət ilk olaraq xəstəxanın və tibb işçilərinin üzərinə düşür. Bəlli bir standarlar tətbiq olunur. Tədris medotları ilə tibbi personallara təlimlər keçirilir.
Aysel Şahmar