"Tez-tez qrip olan adamlar mütləq oktyabr, noyabr, dekabr aylarında vaksin olunmalıdırlar".
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Zakir Quliyev deyib. Həkimin sözlərinə görə, dərman preparatları ilə də immuniteti gücləndirmək olar, lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır:
“İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qidalanmaq, yuxu rejiminə fikir vermək, aktiv həyat keçirməkdir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu həkim nəzarəti olmadan edilməməlidir”.
Aysel Şahmar