“İlkin diaqnoz bizə körpənin həyatının daha da normal və sağlam olmasına kömək edir”.
Ednews xəbər verir ki, bunu pediatr Azər Əhmədov deyib.
O, qeyd edib ki, yeni doğulmuş körpədə tarama testi olduqca önəmlidir.
“Aylıq müayinədə əslində taramadır. Fiziki müayinələrlə yanaşı labarator müayinələrdə var. Bura daban testini aid etmək olar. Uşaq doğulduqdan sonra 3 və 7-ci günlərində dabandan alınan 4-5 damcı qanla uşaqda olan bir çox xəstəlikləri aşkar edirik ki, gələcəkdə əlilliyin qarşısını alaq. Bu xəstəliklər hipotiroidi, fenilketonuriya, biotinidaz çatışmazlığ, kistoz-fibroz kimi xəstəliklər təsbit edilir”
Pediatrın sözlərinə görə, ən çox qarşılaşdığımız suallardan biri də uşaqlarda diş problemidir.
“Kitabi bilgi olaraq deyirik ki, körpənin dişi 6 aylığında çıxmalıdır. Amma bu şərt deyil. 3 ayında da diş çıxa bilər, 1 yaşında da. Ön dişlər arxa dişlərə nisbətdə daha tez tökülür. Unutmamalıyıq ki, uşaq robot deyil ki, stbail olaraq hər birində eyni ayda diş çıxsın eyni anda tökülsün”.
Aysel Şahmar