“Anemiya uşağın böyüməsində, inkişafında problemlər yaradır”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.
“Valideynlər qan azlığına bəzən çox da önəm vermir. Lakin bu ciddi fəsadlara gətirib çıxara bilər. Qan hüceyrələrinin bölünməsi, ümumiyyətlə, qan sistemi uşağın inkişafında böyük rol oynayır. Bu da uşaqlarda fiziki böyünməsini ləngidəcək. Həm də əqli cəhətdən uşağı geri salır. Qanı qaldırmaq üçün də bəzi valideynlər hər hansısa qida ilə uşağın qanı qaldırmaq istəyir. İnternetdən qan artırmaq ilə bağlı məlumat oxuyur. Lakin bilmir ki, qanazlığı ilə yanaşı yeyilən qidalar bəzən dəmiri qaldırır. Bu da çox fəsadla törədir”.
Aysel Şahmar