Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Patrik Vintour tərəfindən yazılmış məqaləyə cavab verib.
Ednews The Guardina-a istinadən xəbər verir ki, səfir Azərbaycanla Ermənistanın müstəqilliyindən bəri ilk dəfə müsbət yöndə danışıqlar aparıdğını bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətləri normallaşdırmağa qərar verməsi və torpaqların delimitasiyasına başlaması beynəlxalq cəmiyyət tərəfindən alqışlanıb.
O, həm də vurğulayıb ki, Ermənistan otuz il ərzində Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğal altında saxlayıb.
Səfir fikirlərini bu sözlərlə sonlandırıb: "Bəlkə də artıq qaranlıq fikirləri sonlandırmaq vaxtıdır. Artıq Ermənistanla Azərbaycan sülhə doğru irəliləyir."
Fərid